AZ

Kadırov gözlənilən xəbəri açıqladı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin müvafiq təklifi olacağı təqdirdə, 2026-cı ildə keçiriləcək Prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri canlı yayımda keçirilən sual-cavab sessiyası zamanı səsləndirib.

Kadırov bildirib ki, onun üçün əsas meyar Rusiya Prezidentinin mövqeyi və Çeçenistan xalqının iradəsidir.

“Əgər ölkə prezidenti bunu məqsədəuyğun hesab etsə və xalq mənə etimad göstərsə, seçkilərdə iştirak edəcəyəm”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, vəzifədə qalmaq şəxsi ambisiya məsələsi deyil və bütün qərarlar dövlətin maraqları çərçivəsində verilməlidir.

Xatırladaq ki, Ramzan Kadırov 2007-ci ildən etibarən Çeçenistana rəhbərlik edir və bu müddət ərzində bir neçə dəfə prezident və respublika başçısı seçkilərində iştirak edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
globalinfo.az

1Mənbələr