HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb.
"Ölkə.az" xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzəm səhər saatlarında Maqazi qaçqın düşərgəsində güllələnib. Şübhəlilərdən biri saxlanılıb, lakin onun kimliyi açıqlanmır.
Hadisə ilə bağlı istintaq davam edir.