AZ

Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib

Bakı. Trend:

Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirinqalibləri müəyyənləşib.

Bu barədə Trend-ə Azərbaycan Stolüstü Tennis Federasiyasından(ASTF) məlumat verilib.

Qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilənəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncüolub.

40-49 yaşlı kişilərin yarışında Vaqif Məmmədov qələbə qazanıb.Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. ElşadVahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiqdigər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub.

60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finaldaQulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiqgörülüb.

Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqibləriniüstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeritutub.

Qeyd edək ki, ASTF-nin Veteranlar Şurasının təşkil etdiyiənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb. Fərqlənən iştirakçılaradiplomlar və pul mükafatları təqdim olunub.

Seçilən
21
9
az.trend.az

10Mənbələr