Meyxanaçı Ağamirzə Maştağalı bəzi fikirləri ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, söz ustası ölüm mövzusunda açıqlama verib.
O, bildirib ki, bəziləri sözlərini yanlış başa düşə bilər:
"Eşidəndə ki, kiməsə rəhmət gedib, sevinirəm. Amma elə ölümlər var ki, onun üçün sevinirəm, vicdanım haqqı. Yazacaqlar ki, Hacı insanın ölümünə sevinir. Amma bir insan ki, şərəfli ömür yaşayıb, 40-50-60 yaşında ölübsə, Allahıma and olsun ki, sevinirəm. Şərəfi, mənliyi, vətənə və ailəsinə bağlılığı ilə yaşadı, rəhmətə getdi. Burada nə var ki? Hər bir yaşda gedir, Allahın verdiyi ömürdür".