AZ

Neft hasilatı 4,7 faiz azalıb, qaz hasilatı isə 1,1 faiz artıb

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34,8 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 35,5 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
yeniavaz.com

4Mənbələr