AZ

Qusar qəzasında ölənlərin ikisi də qadındır - ÖZƏL

Qusar-Şahdağ yolunun Qusarın Yuxarı Ləyər kəndindən keçən hissəsində "Kia Sorento"markalı avtomaşının qəza törətməsi nəticəsində ölən iki nəfər qadındır.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ölənlərdən biri uşağa baxan dayə, biri isə uşağın anasıdır.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

Yaralı halda Qusar rayon mərkəzi xəstəxanasına gətirilən 4 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Hazırda onlara ilk yardım edilir.

Xatırladaq ki, həmin avtomobil idarəetməni itirərək dərəyə aşıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
66
1
bizim.media

2Mənbələr