ain.az bildirir, Turkstan.az portalına istinadən.
Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçilərin aylıq əməkhaqqısı bir qayda olaraq iki hissəyə bölünərək avans və qalan formasında ödənilməlidir.
Turkustan.az banker.az-a istinadən xəbər verir ki, praktikada isə bu norma xüsusilə büdcədən maliyyələşən təşkilatlarda çətinlik yaradırdı.
Başqa sözlə, mövcud qanuna görə, işçi birtərəfli olaraq işə götürəndən əməkhaqqının ayda iki dəfə verilməsini tələb edə bilərdi. Ancaq yeni təklif layihəsində bu məcburilik aradan qaldırılır.
Dəyişiklik qəbul olunarsa, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq veriləcək. Yalnız işəgötürən və işçinin qarşılıqlı razılaşması olduqda, maaş yenə də iki hissəyə bölünərək ödənilə biləcək.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, əslində bir çox işəgötürənlər uzun müddətdir maaşı ayda bir dəfə ödəyir. Mövcud qanun işçiyə iki dəfə tələb etmək hüququ versə də, bu, praktiki olaraq mübahisələrə və hesabatlılıq problemlərinə səbəb olurdu.
Telegram
Share
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.