AZ

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. Yanğın şəhərin 47-ci məhəlləsində yerləşən çoxmənzilli yaşayış binalarından birində çıxıb. İlkin məlumatlara əsasən, alov mənzillərdən birində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və xüsusi texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb.

Alovun digər mənzillərə və yaşayış sahələrinə yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
108
nocomment.az

1Mənbələr