AZ

Gürcüstan portalında AZƏRTAC-ın xüsusi müxbirinin müsahibəsi dərc olunub

Tbilisi, 14 dekabr, AZƏRTAC

Gürcüstanın qafqazturk.com portalında AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun Azərbaycan-Gürcüstan münasibətlərinə dair müsahibəsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və gürcü dillərində dərc olunan müsahibədə Azərbyacan-Gürcüstan münasibətlərinin tarixinə nəzər salınır, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iki ölkə arasında əlaqələrin yeni müstəvidə daha da inkişaf etdiyi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunur.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü, Gürcüstan və Türkiyənin də birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyəti, eləcə də Zəngəzur dəhlizinin perspektivləri diqqətə çatdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tilisi

Seçilən
86
azertag.az

1Mənbələr