AZ

Səudiyyə Ərəbistanında Salahı 100 milyon funt sterinqə transfer edə biləcəklərinə inanırlar

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı klubları "Liverpul"un oyunçusu Məhəmməd Salah "mersisayderlər"dən ayrılmaq qərarına gələrsə, onu 100 milyon funt sterlinqə (114 milyon avro) transfer edə biləcəklərinə əmindirlər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. 

Mənbənin sözlərinə görə,transfer ya bu qış, ya da gələn yay baş tuta bilər. Salah və ailəsi İngiltərədə həyatdan zövq alırlar, lakin futbolçu Səudiyyə Ərəbistanına köçməyi istisna etmir. "Liverpul" isə bu yaz müqaviləsini 2027-ci ilə qədər uzatdığı hücumçunu satmaq istəmir.

Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərə 20 oyunda meydana çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
119
14
sport24.az

10Mənbələr