ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran və Livan arasında uzun və möhkəm tarixə malik diplomatik münasibətlər davam edir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Livanın yeni səfiri bu yaxınlarda Tehrana gəlib. İrana Livanda yeni səfirin təyin olunması ilə bağlı sorğular və prosedurlar bir müddət əvvəl tamamlanıb. Ümid edirik ki, bizim yeni səfirimiz tezliklə Beyruta gələcək", – Bəqai bildirib.
Bəqainin sözlərinə görə, Livan öz milli suverenliyini və ərazi bütövlüyünü qorumağa diqqəti artırmalıdır:
"Biz Livan cəmiyyətinin və hökumətinin bu ölkənin əsas məsələsindən diqqətini yayındıra biləcək hər hansı bəyanatlara qarşıyıq".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.