AZ

Milli Kitabxanada Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş sərgi

Dekabrın 14-də milli mədəniyyətimizin əfsanəsi, ecazkar səsi, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Rəşid Behbudovun (1915–1989) anadan olmasının 110 illiyi tamam olur.

Bu münasibətlə Milli Kitabxanada "Xalq artisti Rəşid Behbudov – 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan musiqi mədəniyyətində görkəmli yer tutan estrada və opera müğənnisi,, Dövlət mükafatları laureatı Rəşid Behbudov həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, onun sənət irsi ilə bağlı tədqiqat işləri, dövri mətbuat materialları nümayiş olunur.

Rəşid Behbudovun vəfatından illər ötsə də, o, ölməz səsi ilə qəlblərdə sevilərək yaşayır. Yüksək peşə mədəniyyətinə, vokal və musiqi-səhnə ustalığına malik olan Rəşid Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə verib. Dahi müğənni özünün zəngin, çoxcəhətli həyat və yaradıcılığı, tükənməz istedadlı, ecazkar səsi ilə dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub, müvəffəqiyyətlə çıxış edib, insanların xatirində silinməz izlər qoyub.

Seçilən
44
3
tehsil.biz

5Mənbələr