Bakı, 14 dekabr, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Kəpəz” Yexlaxda “Qəbələ”ni, “Qarabağ” isə evdə “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qarşılaşmalar müvafiq olaraq, saat 14:00 və 17:30-da başlayacaq.
Qeyd edək ki, turun daha əvvəl təşkil edilən matçlarında "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" isə "Turan Tovuz"u (3:1) üstələyib.
XV tur dekabrın 15-də başa çatacaq.