Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər.
Trend xəbər verir ki, bu proqnozu ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul açıqlayıb. O bildirib: “Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var”.
Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 123 məhkumu əfv edib.