GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Avropa Kiyev meri Vitali Kliçkonun Ukrayna prezidenti olmasını istəyərdi”.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş Portuqaliya kəşfiyyat analitiki və hüquqşünası Aleksandr Gerreyro deyib.
“ABŞ hökuməti ilə Ukrayna müxalifəti arasında əlaqələr barədə məlumatlar ortaya çıxıb və çox güman ki, Volodimir Zelenskinin vəzifədən uzaqlaşdırılması üçün kampaniya artıq başlayıb.
Politoloq Dmitri Juravlev “Lenta.ru”ya bildirib ki, Ukrayna prezidentliyinə potensial namizədlər arasında hazırkı prezident Volodimir Zelenski, Baş nazir Yuliya Svırıdenko , Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov var.
O, Svırıdenkonun ABŞ-I, Zalujnın isə Böyük Britaniyanın maraqlarını təmsil etdiyini deyib:
“Düşünürəm ki, Sviridenkonun qalib gəlmək üçün ən yaxşı şansı var”,
Məlumata görə, V.Zelenskinin reytinqi kəskin şəkildə aşağı düşüb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.