AZ

Almaniyanı “sıfırdan yeniləmək” lazımdır - Merz

Almaniya kansleri Fridrix Merz ölkənin dərin modernizasiyaya ehtiyacı olduğunu bildirib.

"Unikal" xəbər verir ki, O, bu barədə Münhendə keçirilən partiya qurultayında çıxışı zamanı danışıb.

Merz qeyd edib ki, dövlətin əsası möhkəmdir, lakin onun müasirləşdirilməsi və “sıfırdan yenilənməsi” zəruridir.

Kanslerin sözlərinə görə, Almaniyada “ideologiya dövrü” başa çatıb və ölkə bundan sonra öz milli maraqlarını daha qətiyyətlə müdafiə etməyi öyrənməlidir.

Merz həmçinin əlavə edib ki, yaxın gələcəkdə ölkədə hərbi çağırışın bərpası məsələsi də müzakirə oluna bilər.

Seçilən
66
5
unikal.az

7Mənbələr