AZ

Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun son günündə bir qarşılaşma keçiriləcək.

"Abşeron Lions" "Neftçi"ni qəbul edəcək. A qrupunun matçı "Sərhədçi" İdman Mərkəzində, saat 16:00-da başlayacaq.

"Abşeron Lions" hazırda 15 xalla qrup ikincisidir. 9 xala malik "Neftçi" 4-cü yerdədir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib.

İdman.Biz

Seçilən
61
11
idman.biz

10Mənbələr