İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Katz Qəzza zolağında iki israilli hərbçinin yaralanmasına cavab olaraq HƏMAS-ın əsas komandirlərindən birinin zərərsizləşdirilməsi barədə göstəriş veriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Rəsmi məlumatda qeyd olunur ki, sözügedən şəxs radikal qruplaşmanın əsas fiqurlarından biri hesab olunur və onun zərərsizləşdirilməsi təhlükəsizlik məqsədləri ilə həyata keçirilir.