Bu gün səhər saatlarından paytaxt Bakıda bəzi ərazilərdə qar yağmağa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, yerdə qar örtüyü olmasa da, avtomobillərin üzərində müşahidə olunur.
Bildirək ki, Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı haqda mproqnoz yaymışdı. Bildirilirdi ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.