AZ

Buxarestdə ədliyyə sistemində korrupsiyaya qarşı etiraz aksiyası keçirilib

Bakı. Trend:

Rumıniyanın ədliyyə sistemindəki korrupsiyaya qarşı şənbə günüBuxarestdə hökumət qərargahının qarşısındakı meydanda keçirilənetiraz aksiyasında təxminən 8 min nəfər iştirak edib.

Trend xəbər verirki, bu barədə "HotNews" portalı məlumat yayıb. Etirazçılar ədliyyəsistemindəki “mafiya şəbəkələrinin” aradan qaldırılmasını, AliKassasiya Məhkəməsinin sədri və daxili işlər nazirinin istefasınıtələb ediblər. Buxarestdəki etirazlar artıq dördüncü gündür ki,Rumıniyanın digər şəhərlərinə də yayılıb.

Etirazlara səbəb korrupsiyanın araşdırılması üzrə ixtisaslaşmışrumın jurnalistlərin hazırladığı “Əsirlikdə ədalət” sənədli filmiolub. Filmdə bəzi hakim və prokurorların ölkənin məhkəmə sisteminəəsas vəzifələrdə olan şəxslər tərəfindən nəzarət edildiyini, irikorrupsiya işlərinin susdurulduğunu və bəzi cinayət işlərininəsassız olaraq bağlandığını iddia etdikləri göstərilib.

Film ilk dəfə çərşənbə axşamı “YouTube”da, çərşənbə günü isəmilli televiziyada nümayiş etdirilib. Ali məhkəmə instansiyalarınınrəhbərləri filmdə göstərilən faktların həqiqətə uyğun olmadığınıbildirərək ittihamları rədd ediblər, lakin bir çox hakim vəprokuror ədliyyə sistemində sui-istifadə hallarının müntəzəm başverdiyini təsdiqləyiblər.

Ali Magistratura Şurası filmdə göstərilən faktlarla bağlıaraşdırma aparmaq üçün Məhkəmə Müfəttişliyinə göstəriş verib.Prezident Nikuşor Dan isə milli ədliyyə sistemindəki problemlərimüzakirə etmək üçün dekabrın 22-də hakim və prokurorları iclasadəvət edib.

Seçilən
118
az.trend.az

1Mənbələr