Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Almaniya kansleri Fridrix Merz ölkədə növbəti bir neçə il ərzində məcburi hərbi xidmətin bərpa olunma ehtimalını istisna etməyib.
Teleqraf xəbər verir ki, bu barədə kansler "Phoenix" televiziya kanalına müsahibəsində bildirib.
Kansler qeyd edib ki, əgər əsgərlərin sayını lazım olduğu həddə çatdırmaq mümkün olmasa, növbəti seçki dövründə icbari hərbi xidmətin elementləri müzakirə ediləcək.
O, Almaniya konstitusiyasında qadınların məcburi hərbi xidmət göstərməsinin nəzərdə tutulmadığını bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.