Misirə doğru hərəkət edən və günəbaxan yağı daşıyan VIVA gəmisi Ukraynanın iqtisadi zonasında hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Hadisə zamanı gəmi dənizdə “taxıl dəhlizi” marşrutu ilə hərəkət edirmiş. Ukrayna Hərbi Dəniz Qüvvələrinin bəyanatında Rusiya tərəfindən pilotsuz uçuş aparatı vasitəsilə zərbə endirildiyi iddia edilir. .
Açıqlamada qeyd olunur ki, gəmidə Türkiyə Respublikasının 11 vətəndaşı olub, ekipaj üzvləri xəsarət almayıb. Gəmi marşrutu üzrə hərəkətini davam etdirir.