AZ

İki boksçumuz Avropa çempionatının yarımfinalında

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.

Hafta.az bildirir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Qardaş Rəhimov (46 kq) Misteak Rama (Albaniya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/2 finalda Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşacaq.

Şükar Əliyev (75 kq) də 1/4 final döyüşündən qalib ayrılıb. O, Yannik Müllerdən (Almaniya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28). Əliyev yarımfinalda Aleks Domjanla (Macarıstan) döyüşəcək.

Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, Avropa çempionatında daha 3 boksçumuz 1/4 final döyüşünə çıxacaq.

Seçilən
57
3
hafta.az

4Mənbələr