Bakı Su İdmanı Sarayında 3 gün ərzində davam etmiş üzgüçülük üzrə Azərbaycan Çempionatı – 2025 yekunlaşıb.
"Report" xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üsullar üzrə həm fərdi, həm də estafet şəklində yarışıb.
Gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarını və qonaqları salamlayaraq hər kəsə uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev üzgüçülük üzrə ölkə çempionatının əhəmiyyətindən və gələcək layihələrdən danışıb.
Final yarışları başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Medalları gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezident Xaliq İldırımzadə, baş katib Oqtay Atayev, eləcə də federasiyanın müşaviri Rəşad Əbdürəhmanov təqdim edib.
Qadınlar
"Arxası üstə" üsülu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl medal), Məryəm Cavadova (gümüş medal), Dəniz Topçubaşova (bürünc medal)
"Brass" üsülu ilə 100 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Hacıyeva (gümüş medal), Sofya Lyovina (bürünc medal)
Sərbəst üsulla 50 metr – Leyla Abduləzizova (qızıl medal), Aişə Səmədova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)
Sərbəst üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Vlastilina Xasyanova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)
Qarışıq üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Sofiya Medvedeva (gümüş medal), Nərmin Ramazanova (bürünc medal)
Kişilər
"Arxası üstə" üsülu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Əli Rzazadə (bürünc medal)
"Brass" üsülu ilə 100 metr – Fərhad Şirməmmədli (qızıl medal), Qurban Əliyev (gümüş medal), Vasif Nəcəfli
"Butterfly" üsulu ilə 100 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal)
Sərbəst üsulla 50 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Rəşad Alquliyev (bürün medal)
Sərbəst üsulla 200 metr – Süleyman İsmayılzadə (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Amin Oruclu (bürünc medal)
Qarışıq üsulla 200 metr – Amin Oruclu (qızıl medal), Timur Nikiforov (gümüş medal), Tofiq Əhmədzadə (bürünc medal)
Sərbəst üsulla estafet üsulu kişilər (4x100) Qızıl medal – RYUM 1 (Oqtay Hüseynov, Rəşad Alquliyev, Abdürrahman Rüstəmov, Süleyman İsmayılzadə) Gümüş medal – Ocaq 1 (Fərhad Şirməmmədli, Amin Oruclu, Firdovsi Abbasov, Mikayıl İsrafilov) Bürünc medal – Trikids 1 (Əli Rzazadə, Teymur Cəfərov, Tural Atakişiyev, Riad Abbaszadə)
Üzgüçülük üzrə Azərbaycan çempionatında ikinci günün mükafatçıları müəyyənləşib.
Bu barədə "Report"a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
Yarış həm fərdi, həm də estafet şəklində keçirilir.
İkinci gündə qeydə alınan nəticələr:
Qadınlar:
Sərbəst üsulla 100 metr – Məryəm Cavadova (qızıl medal), Vlastilina Xasyanova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)
Sərbəst üsulla 400 metr – Məryəm Cavadova (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Leyla Abduləzizova (bürünc medal).
"Arxası üstə" üsülu ilə 50 metr – Sofiya Hacıyeva (qızıl medal), Sofiya Medvedeva (gümüş medal), Ameliya Levçenko (bürünc medal)
"Arxası üstə" üsülu ilə 100 metr – Vlastilina Xasyanova (qızıl medal), Məryəm Cavadova (gümüş medal), Aişə Səmədova (bürünc medal)
"Brass" üsülu ilə 50 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Lyovina (gümüş medal), Cahan Nəbiyeva (bürünc medal)
"Brass" üsülu ilə 200 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Lyovina (gümüş medal), Əminə Turabova (bürünc medal)
"Butterfly" üsulu ilə 50 metr – Aleksandra Slepenko (qızıl medal), Dəniz Topçubaşova (gümüş medal), Nərmin Ramazanova (bürünc medal)
"Butterfly" üsulu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl medal), Nigar İsmayılova (gümüş medal), Leyla Heydərova (bürünc medal)
Kişilər:
Sərbəst üsulla 100 metr – Abdürrahman Rüstəmov (qızıl), Süleyman İsmayılzadə (gümüş medal), Yeqor Maynitski (bürünc medal),
Sərbəst üsulla 400 metr – Süleyman İsmayılzadə (qızıl medal), Amin Oruclu (gümüş medal), Timur Nikiforov (bürünc medal)
"Arxası üstə" üsülu ilə 50 metr – Rəşad Alquliyev (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Timur Nikiforov (bürünc medal)
"Arxası üstə" üsülu ilə 100 metr – Oqtay Hüseynov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal)
"Brass" üsülu ilə 50 metr – Rəşad Alquliyev (qızıl medal), Osman Qəribov (gümüş medal), Qurban Əliyev (bürünc medal)
"Brass" üsülu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Vasif Nəcəfli (gümüş medal), Denis Xasyanov (bürünc medal)
"Butterfly" üsulu ilə 50 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Rəşad Alquliyev (gümüş), Ayaz Zərbəliyev (bürünc)
"Butterfly" üsulu ilə 200 metr – Süleyman İsmayılzadə (qızıl medal), Oqtay Hüseynov (gümüş medal), Yeqor Maynitski (bürünc medal)
Qarışıq üsulla estafet üsulu kişilər (4×100)
Qızıl medal – RYUM 1
(Rəşad Alquliyev, Yeqor Maynitski, Abdürrahman Rüstəmov, Süleyman İsmayılzadə)
Gümüş medal – Ocaq 1
(Tofiq Əhmədzadə, Timur Nikiforov, Fərhad Şirməmmədli, Amin Oruclu)
Bürünc medal – Trikids 1
(Teymur Cəfərov, Tural Atakişiyev, Riad Abbaszadə, Əli Rzazadə)
Qeyd edək ki, Azərbaycan çempionatı bu gün başa çatacaq.