ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
FİFA son dünya çempionu Argentina millisini 2026-cı il Dünya Çempionatından kənarlaşdırmaq ehtimalını nəzərdən keçirir.
QOL.az xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb. Bildirilir ki, bu, Argentina Futbol Assosiasiyasının rəhbərliyi ətrafında baş verən korrupsiya qalmaqalı və dövlət orqanlarının federasiyanın daxili işlərinə müdaxiləsi ilə bağlıdır.
İstintaq çərçivəsində federasiya prezidenti Klaudio Tapia və digər rəsmilərin qanunsuz sərvət toplama ehtimalı ilə ofislərində axtarışlar aparılıb. Həmçinin millinin sponsoru olan “Sur Finanzas”şirkətinin maliyyə fırıldaqlarında iştirakı da araşdırılır.
Qeyd edək ki, FİFA hazırda yerli məhkəmənin qərarını gözləyir. Əgər funksionerlərin günahı təsdiqlənərsə, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialdan Argentina kənar qalacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.