AZ

“Paltardəyişmə otağında dedim ki, bu, utancvericidir”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib.

Türkmənistanlı çalışıdırıcı müdafiədəki səhvlərdən məğlub olduqlarını bildirib: “Fikirləşirəm ki, bu gün müdafiədə buraxdığımız səhvləri “Sabah” lazımınca dəyərləndirdi. Hansı ki, biz onları etməməli idik. İstənilən məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı və bununla əlaqədar “Sabah”ın istifadə edəcəyi boşluqlar oldu. İkinci hissədə arxa xətdə buraxdığımız səhvləri “Sabah” dəyərləndirdi. İlk növbədə, bu məsələləri bütün klublarda prezident həll edir. O ağrı-acı ki biz onları azarkeşlərə yaşatdıq – mən bununla bağlı paltardəyişmə otağında danışdım. Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
6
qafqazinfo.az

7Mənbələr