AZ

Kamboca və Tayland arasında bütün sərhədlər bağlandı Yeni müharibə başlayır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kamboca Taylandla bütün sərhəd keçidlərini bağlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Taylandın “Khaosot” qəzeti məlumat yayıb.

Məlumata görə, Tayland Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin Kamboca tərəfindəki hədəflərə zərbə endirməsi, sərhəd boyunca körpü və şübhəli tikililəri dağıtması buna əsas verib.

Tayland və Kambocanın sərhəd bölgələrində hərbi əməliyyatların eskalasiyası ötən həftə sonu başlayıb.

Kamboca mediası bütün Tayland-Kamboca sərhədi boyunca şiddətli toqquşmaların davam etdiyini bildirib. Son məlumatlara görə, Tayland ordusunun Kambocanın sərhəd əyalətlərinə hücumları 54.500-dən çox insanı evlərini tərk etməyə məcbur qoyub.

Taylandda ümumilikdə 400 min sakin təxliyə edilib, onlardan 125 mini sərhəd əyalətlərindəki müvəqqəti yaşayış mərkəzlərindədir.

Yazda başlayan Tayland və Kamboca arasında sərhəd münaqişəsi iyulun sonlarında ağır silahlar, artilleriya və təyyarələrin iştirakı ilə şiddətli döyüşlərə çevrilib. Döyüşlər 2025-ci ildə ASEAN-a sədrlik edən ABŞ, Çin və Malayziyanın vasitəçiliyi ilə atəşkəslə başa çatıb.

2025-ci ilin oktyabr ayının sonlarında Tayland və Kamboca liderləri münaqişənin həlli üçün bəyannamə imzalayıblar. Mərasim Kuala Lumpurda ASEAN Zirvəsi çərçivəsində baş tutub. Zirvədə iştirak edən ABŞ prezidenti Donald Tramp sazişin imzalanmasına şahid olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr