AZ

"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Turun açılış qarşılaşmasında "Şamaxı" öz meydanında "Zirə"ni qəbul edib. Bölgə təmslçisi oyunda geridönüş edərək paytaxt klubuna qalib gəlib.

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" doğma stadionda "Sabah"ı sınağa çəkib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. 13 oyundan 28 xalı olan paytaxt təmsilçisi turnir cədvəlində ikinci, Tovuz klubu isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"a 2 cavabsız qolla qalib gəlib.

13 dekabr (şənbə)

16:30. “Turan Tovuz” - “Sabah” - 1:3

Qol: Coy Lens Mikels, 31 (0:1), Velko Simiç, 68 (0:2), Umarali Raxmonaliyev, 79 (0:3), Filip Ozobiç, 82 (1:3)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu

14:00. “Şamaxı” - “Zirə” - 2:1

Qollar: Georgi Papunaşvili, 8 (0:1), Alfons Msanqa, 54 (1:1), Karim Rossi, 61-pen. (2:1)

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Şamaxı şəhər stadionu

14 dekabr (bazar)

14:00. “Kəpəz” - “Qəbələ”

17:30. “Qarabağ” – “Araz-Naxçıvan”

15 dekabr (bazar ertəsi)

14:00. “İmişli” - “Karvan-Yevlax”

19:00. “Neftçi” - “Sumqayıt”

Bizim.Media

Seçilən
14
10
bizim.media

10Mənbələr