AZ

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus Ukraynanın beş vətəndaşını azad edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib.

"Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanması barədə detalları yayıb. ABŞ-nin fəal rolu və kəşfiyyat əməkdaşlığımız sayəsində indi yüzə yaxın insan, o cümlədən beş ukraynalı azadlığa çıxır ", - Zelenski qeyd edib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla əldə olunmuş razılaşmalar çərçivəsində və onun xahişi ilə müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
3
cebheinfo.az

6Mənbələr