AZ

Misli Premyer Liqasında XV tura iki oyunla start verilib

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XV turun oyunlarına startverilib.

Trend xəbər verirki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Şamaxı” doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.Digər görüşdə isə “Sabah” səfərdə “Turan Tovuz” üzərində 3:1hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra turnir cədvəlində “Sabah” 31 xallaliderliyini qoruyur. “Zirə” 27 xalla üçüncü, “Turan Tovuz” 24 xallabeşinci, “Şamaxı” isə 20 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, XV turun digər oyunları dekabrın 14–15-dəkeçiriləcək.

Seçilən
110
az.trend.az

1Mənbələr