AZ

Turizm Agentliyi Çində stendin quraşdırılmasına 85 min manat ayırdı

Dövlət Turizm Agentliyi Çinin Haykou şəhərində keçiriləcək "CITM 2025" (Çin Beynəlxalq Turizm Sərgisi) beynəlxalq turizm sərgisində iştirakla bağlı satınalma həyata keçirib.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, sərgidə Dövlət Turizm Agentliyinin iştirakı çərçivəsində stendin quraşdırılması xidmətlərinin satın alınması "Sanda Exhibition Design (HK) CO., Limited" şirkətinə həvalə olunub. Satınalma bir mənbə metodu ilə reallaşdırılıb.

Müqavilənin dəyəri 85 min 96.9 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun 19-21 dekabr tarixlərində Çin Xalq Respublikasının Haykou şəhərində keçiriləcək "CITM 2025" sərgisində ölkə stendi ilə iştirakı planlaşdırılır.

"CITM 2025" Asiyanın aparıcı turizm sərgilərindən biridir və turizm üzrə peşəkarlar üçün şəbəkələşmə, yeni istiqamətlərin təqdimatı və sənayenin son tendensiyalarının müzakirəsi üçün vacib platforma yaradır.


Telegram kanalımız
Seçilən
13
2
yenisabah.az

3Mənbələr