Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 592,6 milyon manatı (97,9 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.