AZ

Rusiya Odessa vilayətini vurdu − Sakinlər qazsız və işıqsız qaldı


Rusiya qüvvələri Odessa vilayətində mülki infrastruktura, həmçinin Nikolayev vilayətində mühüm infrastruktur obyektlərinə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, hücumlar nəticəsində azı 7 nəfər yaralanıb.
Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper gecə baş verən hücumu “ən kütləvi hücumlardan biri” adlandırıb. O, iki nəfərin xəsarət aldığını, ölənlərin isə olmadığını bildirib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 4 nəfər xəsarət alıb. Məlumata görə, mülki obyektlərə, enerjiyə və sənaye infrastrukturuna ziyan dəyib.
Şəhər hərbi administrasiyasının rəhbəri Serhiy Lısakın sözlərinə görə, hücum Odessadakı bütün dartı yarımstansiyalarını elektriksiz qoyub, tramvay və trolleybus hərəkəti dayandırılıb. Bundan başqa, şəhərin çox hissəsi istilik və susuz qalıb.
Nikolayev vilayəti də vurulub. Vilayət administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, Baştanski və Nikolayev rayonlarında yaşayış məntəqələri işıqsız qalıb, Nikolayevdə mühüm infrastruktur və elektrik nəqliyyatı zədələnib. Hücum nəticəsində beş nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Seçilən
13
2
yeniavaz.com

3Mənbələr