AZ

İndoneziyada ölənlərin sayı 1000-i keçdi

Dağıdıcı daşqınlar və torpaq sürüşmələri İndoneziyada 1003 nəfərin həyatına son qoyub.

 
Sitat.info xəbər verir ki, bu barədə xilasedicilərə istinadla AFP məlumat yayıb.
 
Bildirilib ki, son iki həftə ərzində Sumatra adasının şimal-qərb hissəsini bürüyən təbii fəlakət nəticəsində 5400-dən çox insan zərər çəkib.
“Son dövrlərdə Sumatraya təsir edən ölümcül leysan yağışları 2004-cü ildə adanın şimal ucunda yerləşən Açe əyalətini viran qoymuş sunamidən sonra bölgədə baş vermiş ən dəhşətli fəlakətlərdən biri sayılır.
 
Həlak olanların yekun sayının artacağı gözlənilir. Aidiyyəti qurumlar hələ də 218 nəfərin itkin düşmüş hesab edildiyini bildirirlər”, - nəşr yazır.
Qeyd olunub ki, zərər çəkmiş 1,2 milyon sakin müvəqqəti sığınacaqlara yerləşdirilib:
“Daşqınlardan zərər çəkənlər arasında narazılıq artır, insanlar yardımın göstərilmə sürətindən şikayət edirlər.
İndoneziya prezidenti Prabovo Subianto bildirib ki, vəziyyət yaxşılaşıb və əvvəllər təcrid olunmuş bir neçə rayon artıq əlçatan vəziyyətə gətirilib.
Fəlakətdən sonrakı bərpa xərcləri 51,82 trilyon rupi (3,1 milyard dollar) həddinə çata bilər. Buna baxmayaraq, İndoneziya hökuməti indiyədək beynəlxalq yardım üçün heç bir çağırış etməyib”.
Seçilən
24
2
sitat.info

3Mənbələr