Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.
Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
“Şamaxı” “Zirə” ilə qarşılaşacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək.
Günün digər oyunu “Turan Tovuz”la “Sabah” arasında keçiriləcək. Tovuzda baş tutacaq bu görüşün baş hakimi Əliyar Ağayev olacaq.
“Kəpəz” – “Qəbələ” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları 14 dekabrda, “İmişli” – “Karvan-Yevlax” və “Neftçi” – “Sumqayıt” oyunları isə 15 dekabrda keçiriləcək.