AZ

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs Tərtərdə saxlanılıb

Bakının Nizami rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxs Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşadığı evə doğru gedən qadına 55 yaşlı Zaman Bayramov yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb. Keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Seçilən
70
23
7news.az

10Mənbələr