AZ

“Maska”nın aktyoru evində ölü tapıldı

Yazını böyüt
Yazını kiçilt

Məşhur amerikalı aktyor Peter Qrin 60 yaşında vəfat edib.

Hafta.az “The New York Post”a istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb. 

Aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmır. 

Qeyd edək ki, Qrin “Kriminal qiraət”, “Maska”, “Şübhəli şəxslər”, “Mühasirə 2”, “Təlim günü” və digər filmlərdə rol alıb. Qrin daha çox mənfi rolların mahir ifaçısı kimi tanınırdı. 

Yanvar ayında o, Miki Rurkla birlikdə “Maskotlar” adlı filminin çəkilişlərinə başlamalı idi. 

Seçilən
22
3
hafta.az

4Mənbələr