AZ

İngiltərə klubları 19 yaşlı afrikalı futbolçu ilə maraqlanır

İngiltərə klubları Almaniya təmsilçisi "Leyptsiq"də çıxış edən futbolçu Yann Diomande ilə maraqlanır. SİA insayder Florian Plettenberqə istinadən xəbər verir ki, "Mançester Siti", "Liverpul", "Tottenhem" və "Çelsi" 19 yaşlı afrikalı vingeri heyətinə qatmaq istəyir.

Hələlik Premyer Liqa komandaları danışıqlarda irəliləyiş əldə edə bilməyiblər.

Qeyd edək ki, Fildişi Sahilindən olan oyunçunun Bundesliqa klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Seçilən
38
4
sia.az

5Mənbələr