AZ

Anri Salahı tənqid etdi – ARENA.AZ

Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri, “Liverpul”un 33 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salahı tənqid edib.

Arena.az veteran futbolçunun müvafiq fikrini təqdim edir:

“Mənim də məşqçilərimlə fəsadlarım olub… Amma bu haqda ictimai surətdə danışdığımı eşitmisinizmi? Heç vaxt. Klubumu qorumuşam. Hər şeyi komanda daxilində çözmək gərəkdir, əgər getmək və fikrini demək istəyirsənsə, bunu uyğun vaxtda etmək gərəkdir”, deyə Anri vurğulayıb.

Xatırladaq ki, Salah əsas heyətdə yerini itirdiyindən, “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slotu ictimai surətdə tənqid etməsilə gündəmə gəlib. Bununla da o, uğursuzluqlar zolağında çabalayan “Liverpul”da böyük fəsad yaradıb.

Hazırda Salahın karyerasını Səudiyyə Ərəbistanında və ya MLS-də davam etdirəcəyi barədə xəbərlər dolaşmaqdadır. Hətta bəzi Avropa nəhənglərinin də onu öz heyətinə qatmaqda maraqlı olduğu bildirilir. Bunlardan birinin də Almaniya çempionu “Bayern” olduğu bildirilirdi. Lakin Münhen təmsilçisinin idman direktoru Maks Eberl müvafiq keçiddə maraqı olmadıqlarını bildirib:

“Məhəmməd Salah? Bizim görkəmli istedadımız var – Lennart Karl. Onun yolu üzərinə kimisə qoymaq, hazırda tamamilə mənasızdır”, deyə alman mütəxəssis vurğulayıb.

MLS-in rəhbəri Don Qarber isə Məhəmməd Salahın bu liqaya mümkün keçidi ilə bağlı sualı belə cavablayıb:

“Əgər Salah nə vaxtsa MLS-ə keçməyə qərar versə, biz onu sevinclə qəbul etməyə hazırıq”.

Seçilən
83
5
arena.az

10Mənbələr