AZ

Azərcell də yeni xidmət haqları tətbiq edildi

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ölkənin lider mobil operatoru “Azercell” özünün bəzi xidmətləri üçün xidmət haqqı müəyyən edib.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Açıqlamada deyilir:

“Azərcell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması məqsədilə 13.01.2026-cı il tarixdən etibarən əldə edilən Simkredit xidmətlərinə yeni xidmət haqqı tədbiq edəcək.

1 AZN Simkredit üçün 0,30 AZN, 2 AZN Simkredit üçün 0,60 AZN, 2 AZN Simtaksit üçün 0,60 AZN, 3 AZN Simkredit üçün isə 0,90 AZN xidmət haqqı tətbiq oluanacaq.

Eyni zamanda “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 AZN haqq tətbiq ediləcək.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
azpost.info

2Mənbələr