ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də azərbaycanlıların bir-birinə qarşı döyüşdüyü müharibədir.
Bu günə qədər Ukraynada 50-ə qədər, Rusiyada isə bilinməyən sayda soydaşımız həlak olub.
Fərq ondadır ki, Ukraynada azərbaycanlıları zorla, yaxud pula şirnikləndirib müharibəyə aparmırlar. Onlar vətəndaşı ölkədə işğalçılara qarşı döyüşürlər. Rusiyada isə əksinədir, hərbi əməliyyatlara cəlb edilənlərin bir çoxu həbsxanalara düşən soydaşlarımızdır.
Bu gün bir xəbər eşitdim, Gəncədə uzaqdan tandığım ailənin iki oğlundan biri Ukraynada öldürülüb, meyitinə sahib çıxan yoxdur, çünki o biri qardaşı deport ediblər…
Bu gün media yazır ki, 44 günlük müharibədə şücaət göstərmiş, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Rusiya ordusu tərkibində Ukraynada gedən müharibədə həlak olub.
Elçin Rüstəmli
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.