AZ

Tramp dayandırmışam dedi, amma döyüşlər davam edir

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Kamboca hakimiyyəti Tailand ordusunun sərhəd zonasındakı hədəflərə zərbələr endirməyə davam etdiyini açıqlayıb.

Axar.az "Röyters"ə istinadən xəbər verir ki, Banqkok da öz növbəsində Kamboca ordusunun mülki obyektləri hədəf alaraq "beynəlxalq hüququn təkrarən pozulduğunu" iddia edib.

ABŞ Prezidenti Donald Tramp isə dekabrın 12-də Tailand və Kamboca arasındakı münaqişənin gərginləşməsinin qarşısının alınması üçün hər iki ölkənin liderləri ilə danışdığını bildirib.

O, tərəflərin sərhəddəki toqquşmalardan sonra oktyabr ayında əldə edilən sülh razılaşmasına qayıtmaq barədə razılığa gəldiklərini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
3
axar.az

4Mənbələr