AZ

Azərbaycandan Suriyaya təbii qaz ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Suriya ƏrəbRespublikasına 52,501 milyon ABŞ dolları dəyərində 153,157 milyonkubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Qeyd edək ki, bu il iyulun 12-də Suriyanın keçid dövrüPrezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəriçərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasındaAnlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasınınsədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd ƏlBəşir imzalayıblar.

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texnikihazırlıqlar tamamlanıb. Bu ilin avqustun 2-dən etibarən isəAzərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına startverilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyardkubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilisşəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarınaçatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq.Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalıgücünə nail olunması nəzərdə tutulur.

Əlavə edək ki, ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarındaAzərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eynidövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyonABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyonkubmetr və ya 3,2% azdır.

Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞdolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Buisə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyonkubmetr və yaxud 49,1% azdır.

Məqalədə:
Seçilən
37
3
az.trend.az

4Mənbələr