Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Ermənistan prezidenti Vahan Xaçaturyan iştirakçı ölkələrin liderləri ilə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, erməni prezident İran prezidenti Məsud Pezeşkyan, İraq prezidenti Əbdül Lətif Camal Rəşid, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon, Qırğızıstan prezidenti Sadir Japarov və digər həmkarları ilə danışıqlar aparıb.
Prezidentlər regional və geosiyasi layihələrin tam şəkildə həyata keçirilməsi, sülh quruculuğu və qlobal problemlərin həlli yolları və vasitələri üçün birgə səylərin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Qlobal problemlərə ortaq həll yolları tapmaq üçün bu cür tədbirlərin və platformaların təklif etdiyi imkanlardan istifadənin vacibliyi vurğulanıb.