2025-сi ilin yanvarnoyabr aylarında 553,3 milyon manatlıq məhsul istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 8,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 33,9 faiz azalıb.
2025-сi ilin yanvar-noyabr aylarında 3 736 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 489 ədəd az (28,5%) minik avtomobili istehsal olunub.
Yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 93 ədəd və ya 17,4 faiz, yük avtomobillərinin istehsalı isə 303 ədəd və ya 52,6 faiz azalıb.