AZ

AFFA-ya 5,55 milyon avro ödənilir

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində AFFA-ya 5,55 milyon avro ayıracaq.

Publika.az xəbər verir ki, Vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.

Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir, digər 30 faiz isə klubun avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.

Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti – 6,25 milyon avronu niderlandlılar alacaqlar. İlk beş ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro əldə edəcək.

Seçilən
20
16
publika.az

10Mənbələr