AZ

Paşinyan-Qaregin II qarşıdurması böyüyür

Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri Katolikos Qaregin II-nin özünün qəbul etdiyi nizamnaməni pozduğunu bildirib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ktriç Nersisyanın (Qaregin II) vəzifədən kənarlaşdırılmasından sonra kilsənin yenilənməsi ilə bağlı təqdim etdiyi yol xəritəsinin ikinci bəndi Erməni Apostol Kilsəsinin kanonlar məcəlləsinin qəbulunu nəzərdə tutur:

"2011-ci ilin noyabrında Erməni Apostol Kilsəsinin nizamnaməsi Ermənistan Ədliyyə Nazirliyində qeydiyyata alınıb və sənəddə yaxın gələcəkdə tam kanon məcəlləsinin hazırlanacağı bildirilib. Lakin Ktriç Nersisyanın katolikos statusu almasının üzərindən 12 il keçməsinə baxmayaraq, bu sənəd hələ də qəbul olunmayıb".

Seçilən
60
1
publika.az

2Mənbələr