AZ

“Kamran Əsədov məhkəmədə günahını etiraf edib”

Kamran Əsədov məhkəmədə günahını etiraf edib.

 

Bu sözləri Gəncədən olan jurnalist Nazir Quliyev sosial şəbəkədə yazıb.

 

Jurnalist qeyd edib ki, Gəncə şəhər Məhkəməsində keçirilən prosesdə şəxsən iştirak edib və təhsil ekspertinin ona qarşı irəli sürülən ittihamları təsdiqlədiyini bildirib:

 

"Gəncə şəhər məhkəməsində mən də iştirak etmişəm. Hakimin verdiyi suala cavabında o, özünü günahkar hesab etdiyini və imtahanla bağlı ona müraciət edən abituriyentləri Gəncə şəhərində tarix müəllimi kimi çalışan Gündüz Abbasovun yanına yönləndirdiyini etiraf edib".

 

Xatırladaq ki, təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Qafqazinfo-nun məlumata görə ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.

 

Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

 

Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

 

Musavat.com

Tarix: 13 Dekabr 2025, 11:34   
Seçilən
18
7
pravda.az

8Mənbələr