AZ

“Xəzər dənizində hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ bilər” TOKAYEV

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Xəzər dənizində hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ və qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər”.

Gununsesi.info bildirir ki, bunu Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

O əlavə edib ki, Qazaxıstan ekosistemin dağılması və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb.

Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb:

“Fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar adətən məhdud səlahiyyətlər çərçivəsində dağınıq şəkildə fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
4
icma.az

10Mənbələr