ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili deyib. Nazir Azərbaycanın nəqliyyat, energetika və bütün digər sektorlarda Gürcüstanın tərəfdaşı olduğunu bildirib. “Bir çox sahələr üzrə əməkdaşlıq etdiyimiz üçün azərbaycanlı həmkarlarımızla gündəlik olaraq əlaqə saxlayırıq. Orta Dəhliz layihəsi çərçivəsindəki əməkdaşlığımızı xüsusi olaraq vurğulamaq istərdim. Bu layihənin ən əsas nəqliyyat marşrutuna çevrilməsi üçün Gürcüstan, Azərbaycan və Qazaxıstan qarşılıqlı razılaşdırılmış plan və qrafik üzrə səylə işləyir”, - Kvrivişvili qeyd edib. O, elektrik enerjisi idxalı sahəsində Azərbaycanın Gürcüstanın vacib tərəfdaşı olduğuna diqqət çəkib. - Digər tərəfdən biz qaz idxalı sahəsində də əməkdaşlıq edirik və 2027-ci il üçün danışıqlarımız aparılır. İşlərimiz plan üzrə gedir və mən əminəm ki, bu danışıqlar müsbət nəticələnəcək”, - gürcü nazir qeyd edib. Kvrivişvili həmçinin Bakı-Tbilisi-Qars layihəsinin tezliklə açılacağını vurğulayıb: “Çox tezliklə bütün region - Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcək. Bu layihə həm Gürcüstan, həm də bölgə üçün çox mühüm rol oynayacaq”. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.